"Nəsildən-Nəslə: Elmi-Nəzəri Araşdırmalar" Jurnalında dil, ədəbiyyat, incəsənət, pedaqogika və s. sahələrə yer alır. Elmi əsərlər toplusu olan beynəlxalq jurnal 2019-ci ildə Azərbaycan Respublikasında təsis edilmiş 8 İ-757 nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət reyestrinə daxil edilmişdir.
"Nəsildən Nəslə: Elmi-Nəzəri Araşdırmalar" Jurnalında dil, ədəbiyyat, incəsənət, pedaqogika və s. sahələrə yer alır. Elmi əsərlər toplusu olan beynəlxalq jurnal 2019-ci ildə Azərbaycan Respublikasında təsis edilmiş 8 İ-757 nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət reyestrinə daxil edilmişdir.
Jurnalın ölkə daxili və eyni zamanda beynəlxalq miqyasda rəqabətliliyinin artırılması, dünyanın aparıcı ölkələrinin elmi ictimaiyyətində maraq doğurması jurnalın qarşısında duran ən vacib məsələlərdəndir. Bu istiqamətdə tədbirlər planı hazırlanıb və mərhələli şəkildə işlərin intensivliyinin artırılması nəzərdə tutulmuşdur.
Jurnalın elm aləmində böyük nüfuza malik Azərbaycanın görkəmli alimləri ilə yanaşı bir sıra xarici ölkələrdən tanınmış alimlərdən ibarət redaksiya heyəti yaradılıb. Jurnalın beynəlxalq jurnal olduğu üçün çapa 4 dildə (Azərbaycan, türk, ingilis və rus dillərində) elmi əsərlər — elmi məqalələrin çap edilməsi, dünyanın tanınmış elm və təhsil müəssisələrinə, dünyada xüsusi çəkiyə malik olan kitabxanalara göndərilməsi nəzərdə tutulubdur.
ƏZİZ DOSTLAR, HƏMVƏTƏNLƏR!
Nəsildən-nəslə ədəbi-bədii, elmi-publisitik jurnalda Azərbaycanın son illərdə keçdiyi abadlıq və gözəlləşmə yolu işıqlandırılır. Tarixi irsimizin qorunması, şəhər və kəndlərin müasir
infrastrukturla yenilənməsi, təbiətin bərpası və mədəniyyətin inkişafı fonunda xalqın birliyi və dövlətin uzaqgörən siyasəti ön plana çıxarılır. Gözəllik təkcə görüntüdə deyil, həm də ruhda, dəyərdə və gələcəyə olan inamda öz əksini tapır. Bu jurnalda da nəsildən-nəslə ötürülən Vətən sevgisinin Azərbaycanın çiçəklənməsində oynadığı rolu vurğulanır.
Vidadi Xəlilov Akademik,
Natiq Qurbanov Respublika Kənd Təsərrüfatı Muzeyinin direktoru,
Nadir Məmmədli Filologiya elmləri doktoru, professor,
Məmmədhüseyn Hüseynov Sənətşüsaslıq üzrə fəlsəfə doktoru, professor,
İlkin Qulusoy Filologiya Professor (Türkiyə),
Marufjon Yuldaşyev Özbəkstan, Daşkənd İktisadiyyat və Pedagoji üniversiteti, Beynəlxalq əlaqələr, elmi tədqiqat və innovasiya üzrə prorektor
prof.dr., Xatirə Quliyeva Fəlsəfə elmləri doktoru, dosent,
Nailə Yusifova filologiya üzrə fəlsəfə doktoru, dosent, Keisuke Uvakizaka Bəynəlxalq Münasibətlər kafedrası, fəlsəfə doktoru (Yaponiya alimi),
Mətanət Şahaliyeva Yıldız Filologiya elmləri doktoru, (Türkiyə)
Doç Dr Vesile Şemşek - Türkiyə,
Lalə Mikayılzadə Pedaqogika üzrə fəlsəfə doktoru.
AMEA prefiksli DOİ identifikatoru verilməsi ilə əlaqədar AMEA-nın elmi jurnallarının məqalələrinin tərtib olunmasına zəruri
Qaydalar
1. Jurnalın məqalələrinin hər səhifəsində (başlığında və ya sonunda) jurnal haqqında məlumat əks olunmalıdır (jurnalın adı, nömrəsi, ili və İSSN-i).
2. Hər bir məqalənin adı, xülasəsi və müəllifləri ingilis dilində də yazılmalıdır. Bunlardan əlavə məqalələrdə standart indekslərin (UOT və ya digər), açar sözlərin, müəlliflərin e-maili və ORCİD-inin də qeyd olunması tövsiyyə olunur.
3. Hər bir məqalə word formatında(və ya latex) saxlanılmalı və bu faylın adında jurnalın ingilis dilində abreviaturası, ili, nömrəsi və məqlənin səhifəsi qeyd olunmalıdır. Məsələn: AZERBAIJAN LITERATURE STUDIES jurnalının 2023-cü il, №1-in, birinci məqaləsinin word faylı (və ya latex) belə adlanmalıdır: azls2023_1_5.docx (“azls” jurnalın abreviaturası, “2023” ili, “1” nömrəsi, “5” məqalənin başlanğıc səhifəsi).
4. Jurnala daxil olan bütün məqalələrin hər biri ayrı-ayrılıqda qeyd olunan qaydada word formatında(və ya latex) saxlanıldıqdan sonra, jurnalın bütün məqalələrinin word fayllarının (və ya latex) toplusunun 1 məktuba əlavələr şəklində bu ünvana doi.eacademy@gmail.com göndərilməsi xahiş olunur.
5. DOİ verildikdən sonra hər bir məqalə ayrı-ayrılıqda pdf formatında sizə geri göndəriləcəkdir.
6. AMEA prefiksli DOİ identifikatoru verilmiş bütün məqalələr bu məqsədlə yaradılmış və sərbəst girişli doi.science.gov.az saytında yerləşdiriləcək. DOİ identifikatoru verilmiş və bu saytda yerləşdirilmiş məqalələrə sonradan hər hansı əlavə və ya düzəlişlərin edilməsi məqbul deyil.

Müəlliflə əlaqə:
+99455 426 72 27
+99451 934 72 27
Emai: yadigar.bagirova.83@mail.ru